Nüvə mərkəzində partlayış həyəcanı: 6 ölü


Hindistanın cənubunda, nüvə istehsal olunan obyektin yaxınlığında partlayış baş verib.

AzNews.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, polis partlayışın Kudankulam Nüvə Mərkəzindən 15 kilometr uzaqlıqdakı bir evdə baş verdiyini açıqlayıb.

İlk öncə partlayışın nüvə mərkəzində baş verdiyi güman edilsə də, sonradan xəbərin doğru olmadığı aydınlaşıb.

Partlayışda 3-ü uşaq, biri qadın olmaqla 6 nəfərin öldüyü bildirilir. Kamikadze olduqları şübhə doğuran 3 adamın yaralandığı bildirilir.
Nüvə mərkəzinin fəaliyyətini davam etdirir. Polis bölgədə partlamamış iki bombanın daha tapıldığını açıqlayıb.

Rəhim Qədirov
AzNews.az