Rusiya səfirliyinə terror hücumu: 1 ölü , 9 yaralı- Yenilənib


Noyabrın 28-də Rusiyanın Suriyadakı səfirliyi intensiv atəşə tutulub.

AzNews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Dəməşqdə yerləşən səfirliyin atəşə tutulması nəticəsində bir nəfər ölüb, 9 nəfər yaralanıb.

Xəsarət alanlar arasında Rusiya vətəndaşları yoxdur. Ancaq səfirliyə külli miqdarda maddi ziyan dəyib.

Rusiya tərəfi baş verən hadisəni terror aktı kimi qiymətləndirib.

Elnur
AzNews.az




***
19:41

AzNews.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Rusiyanın Dəməşqdə yerləşən səfirliyinin ərazisi minaatanlardan atəşə tutulub. Mərmilərdən biri inzibati binaların həyətinə düşüb. Səfirliyin binalarına ziyan dəysə də xəsarət alan olmayıb. İş rejimi bərpa olunub. Mühafizə xidməti gücləndirilib.

AzNews.az