BMT dünya birliyinə çağırış etdi


BMT-nin Baş Katibi Pan Gi Mun 3 dekabr - Beynəlxalq əlilliyi olan şəxslər Günü münasibətilə müraciət edib.

BMT-nin Azərbaycan Nümayəndəliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, müraciətdə əlil insanların problemlərinin həllində dünya birliyi dəstək verməyə çağırılıb: "Dünyada 1 milyard insan əlilliklə yaşayır.

Biz əlilliyi olan şəxslərin cəmiyyətin həyatına qoşulması və iştirakı qarşısında duran bütün maneələri ləğv etməli, o cümlədən stiqmanı artıran və ayrı-seçkiliyi möhkəmləndirən münasibətləri dəyişməliyik.

Bu gündə mən hökumətləri, BMT sisteminin üzvlərini, işgüzar dairələri və vətəndaş cəmiyyətini əlilliyi olan bütün şəxslərin qarşısında duran maneələri aradan qaldırmağa və onlar üçün yeni imkanlara aparan qapıları açmağa çağırıram. Gəlin birlikdə hamı üçün açıq olan cəmiyyət quraq".

AzNews.az