ABŞ narahatdır: “Gürcüstanda vəziyyət pisləşib”

Kiyevdə ATƏT-in Nazirlər Şurasının iclasındakı çıxışında ABŞ dövlət katibinin müavini Viktoriya Nuland Cənubi Qafqaza geniş yer ayırıb. AzNews.az-ın xüsusi müxbiri xəbər verir ki, Ermənistan və Azərbaycan prezidentlərinin görüşünü bölgədə sülhün təminatı kimi qiymətləndirən ABŞ rəsmisi bölgə xalqlarının narahatçılığını xüsusilə vurğulayıb. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsindən zərərçəkən insanlar artıq neçə illərdir ki, Avropanın köməyini gözləyirlər.

Eyni zamanda Gürcüstandakı vəziyyəti də dəyərləndirən xanım Nuland Gürcüstandakı vəziyyətdən narahat olduğunu deyib: "Gürcüstanda vəziyyət pisləşib. Avropa dəyərlərindən uzaqlaşma ehtimalı bizi maraqlandırmaya bilməz. Biz bölgədə Avropaya inteqrasiya istiqamətində eyni fəallığın davam etməsinə ümid edirik".

Aynur
AzNews.az