İraqda partlayış - 12 ölü, 21 yaralı

İraqın şimalında Baxibə şəhərində partlayış baş verib.

"Axar.az"ın xəbərinə görə, partlayış nəticəsində 3-ü uşaq və 5-i qadın olmaqla 12 adam həyatını itirib, 21-i yaralanıb. Partlayışın ardından təhlükəszilik qüvvələri ərazini nəzarət altına alıb. Yaralılar xəstəxanalara yerləşdirilib.

İraqın Hazərciyə adlı tayfası bu səhər başverən terror hücumları nəticəsində həlak olan 6 nəfər yaxın adamının cənazəsini qəbirstanlığa gətirib dəfn etdikləri vaxt yaxınlıqda yerləşdirilmiş partlayıcı maddə partlayıb.

Hadisəyə bağlı ətraflı məlumat verilməyib.


AzNews.az