- Köhnə - Dünya
- 25 Dekabr 2013 18:53
- 2 229
Dünyada nazirlərin İSTEFA səbəbləri: gənc sevgili, kif basmış düyü, sığortasız dayə...

1.Latviyanın baş naziri Valdis Dombrovskis – ticarət mərkəzinin tavanının çökməsi nəticəsində 45 nəfərin ölümündən sonra məsuliyyəti üzərinə götürərək, istefa verib.

2. Çexiyanın baş naziri Petr Necas- köməkçisi və sevgilisi olan Jana Nagyovanın adı rüşvət və casusluq qalmaqalında hallandırıldıqdan sonra istefa verib.

3. İtaliya idman naziri Josefa İdem - sərvəti ilə bağlı yanlış bəyannamə təqdim etməsi üzə çıxdığına görə istefa verib.

4.Almanya Federal təhsil və araşdırma naziri Annette Schavan- doktorluq dissertasiyası plagiat olduğuna görə istefa verib.

5. İsveçin əlaqələr naziri Maria Borelius- adı rüşvət qalmaqalında hallandığına və evində sığortasız dayə işlətdiyinə görə istefa verib.

6. Danimarka Xarici Yardım naziri Friis Bach- artıq vəsait xərclədiyinə görə istefa verib.

7. Japonya Əkinçilik naziri Seiichi Ota- məktəb və qocalar evinə kif basmış düyü satıldığına görə istefa verib.

8.Tunus Təhsil naziri Salem Labiadh – hökumətə təzyiq olduğu üçün istefa verib.

9.Danimarka Ədalət naziri Morten Bödskov – parlamentə səhv məlumat verdiyinə görə istefa edib.

10.Misirin Nəqliyyat naziri Raşid el Mateeni - 49 tələbənin qəza nəticəsində ölməsindən sonra istefa verib.

11.Japoniya Ədalət naziri Minoru Yanagida- "İşim çox asandır" dedikdən sonra istefa verib.

12. Fransanın Büdcə naziri Jerom Cahuzac- vergidən yayındığına görə istefa edib.

Elnarə
AzNews.az