Dağıstanda polis və ailəsi güllələndi

Bu gecə Dağıstanın Xasavyurt rayonunun Mutsal-Aul kəndində üç nəfər, o cümlədən 2002-ci il təvəllüdlü qız uşağı güllələnib. Bu barədə RİA Novosti hüquq mühafizə orqanlarındakı mənbəyə istinadən xəbər verir.

İki naməlum şəxs üç nəfərdən ibarət - ata, ana və qız - ailənin yaşadığı fərdi evi atəşə tutub. Cinayətin səbəbi hələ məlum deyil.
Mənbə qeyd edib ki, ilkin məlumata görə, bu, polis ailəsi olub.(trend)