Avctraliya dənizçiləri 350 kq heroini dənizə tökdü

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Avctraliya donanmasının dənizçiləri 350 kq. heroini zərərsizləşdirb.

Onlar bu qədər narkotik maddəni Tanzaniya sahillərində saxladıqları gəmidə ələ keçiriblər. Bu barədə ölkənin müdafiə nazirliyi 7 fevralda SNN - ə məlumat verib.
Götürülən narkotik maddənin dəyəri yerli valyuta ilə təqribən 700 milyon dollar (630 milyon ABŞ dolları) qiymətləndirilib. Dənizçilər heroini dənizə tökməmişdən qabaq istintaqın gedişi üçün nümunə götürüblər.

Hind okeanında xidmət aparan Avstraliya freqatı "Melburn" şübhəli gəmini 5 fevralda saxlayıb. Baxış zamanı göyərtədə kontrabanda müəyyən olunub və o dəqiqə müsadirə edilib.

Tutulan gəminin ekipajinin sonrakı taleyi barədə məlumat verilmir.

Əli
AzNews.az