Kralın qızı məhkəmə qarşısında: Tarixdə bir ilk

İspaniyada bu gün tarixə düşəcək.


Kral ailəsinin üzvü ilk dəfə məhkəmədə ifadə verəcək. Şahzadə Kristina vergidən yayınma və çirkli pulların yuyulmasında ittiham olunur.

Kral Juan Karlos ən kiçik qızı şahzadə Kristina bu gün Mayorka adasının Palma şəhərində güclü təhlükəsizlik tədbirləri şəraitində məhkəmədə ifadə verəcək. Şahzadənin təhlükəsizliyini 200 nəfər qoruyacaq.

Bunün üçün əvvəlcədən bəzi yollar nəqliyyatın hərəkəti üçün başlanacaq. Məhkəmə qapalı keçiriləcək.

Şahzadənin 5.8 milyon avronu öz şirkətlərinin hesabına keçirdiyi iddia olunur. Pulun 600 min avrosu evlərə, xarici səyahətlərə, paltara, futbol biletlərinə, hətta Harry Potter kitablarına xərclənib.

Elnarə
AzNews.az