Yenidən güclü şaxtalar hökm sürür

Qazaxıstanda havaların nisbətən mülayimləşməsindən sonra ölkə yenidən soyuq hava siklonlarının əsarəti altına düşüb.

Ölkənin şərqində temperatur -31 dərəcəyə, şimalında isə -32 dərəcəyə enib. Respublikanın bəzi regionlarında yağıntı, duman olacağı və yolların buz bağlayacağı gözlənilir. Trend-in məlumatına görə, bu barədə Qazaxıstanın Hidrometerologiya İdarəsi məlumat verib.

Sinoptiklərin məlumatına görə, Akmolin, Atırau, Aktyubin, Kostanay, Qızılyurd vilayətlərində, eləcə də ölkənin qərb və şimal regionlarında gündüz saatlarında çovğunla müşayiət olunan güclü külək əsəcək, küləyin sürəti saniyədə 15-20 metr təşkil edəcək.

Kosyanay vilayətində bəzi yerlərdə duman olacaq. Almatin vilayətində, ölkənin şərq və cənub vilayətlərində gecə və gündüz bəzi yerlərdə duman olacaq. Jambıl vilayətində saniyədə 15-20 metr sürətilə külək əsəcək və duman olacaq.

Sinoptiklər yaxın günlərdə paytaxtda gecələr 30 dərəcə şaxta proqnozlaşdırıblar.

AzNews.az