“Həqiqətləri gizlətməkdən yoruldum, homoseksualam”- ETİRAF

26 yaşlı aktrisa Ellen Page LGBT ilə əlaqədar "Human Right Company"nin təşkil etdiyi konfransada etdiyi çıxışı ilə hər kəsi şoka salıb.


Anspress-in verdiyi məlumata görə, Ellen Page, "Bu gün buradayam, çünki homoseksualam" deyib. Page bütün media qarşısında açıqlama vermək qərarına gəldiyini, çünki gizlənməkdən yorulduğunu bildirib.

"İllərdir əziyyət çəkmişəm. Çünki həqiqəti deməyə qorxurdum",-deyən kanadalı aktrisa nitqinə davam edib.

"Bəlkə bir fərq yarada bilərəm. Başqalarının daha ümidli olmalarına kömək edə bilərəm. Bu mövzuda şəxsi və sosial bir borcluluq hiss edirəm",-deyə əlavə edib. O, daha sonra "Tvitter" sosial şəbəkəsində "HRC" və onu dəstəkləyən hər kəsə təşəkkür edib.

AzNews.az