NATO Rusiya əleyhinə bəyanat verdi

NATO Krım Muxtar Respublikasında baş verənlər və Rusiyanın Ukrayna sərhədində hərbi birləşmələrinin hərəkətə gətirilməsi ilə bağlı bəyanat verib.

AzNews.az-ın Ukrayna mediasına istinadən verdiyi məlumata görə, bəyanatda bildirilib ki, Şimal Alyans Ukraynanın müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir:

"Ukrayna ilə NATO arasında imzalanan Xartiyaya əsasən, NATO və müttəfiqləri Ukraynanın suverenliyini və ərazi bütövlüyünü qoruyacaq. Bu prinsiplər Mərkəzi və Şərqi Avropada, o cümlədən bütün bölgədə sülhün və sabitliyin əsas baza prinsipləridir".

Yerigəlmişkən, ABŞ Dövlət katibi John Kerry də bu gün keçirdiyi brifinqdə bildirib ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi "nəhəng dağıdıcı" səhv olar: "ABŞ Ukrayna ilə bağlı hər hansı qarşıdurma axtarmır, amma aydın şəkildə bəyan edir ki, bütün ölkələr Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşmalıdır. Rusiya yalnız bunu vəd edib və çox vacibdir ki, o verdiyi sözün üstündə dursun".

Məhəmməd
AzNews.az