Angela Merkel Yunanıstanın avrozonada qalmasını istədi

Almaniya kansleri xanım Angela Merkel Yunanıstanın baş naziri Antonis Samaras ilə görüşüb. AzNews.az-ın pravda.ru saytına istinadən verdiyi xəbərə görə, Angela Merkel yunan baş nazirlə görüşdə bildirib ki, "Yunanıstan böhranın aradan qaldırılması üçün əlindən gələni və ona görə də, avrozonada qalmalıdır".

Qeyd edək ki, görüşdən bir gün öncə yunan baş nazir bildirmişdi ki, o xanım Merkeldən Avropa ittifaqının büdcə kəsirini aradan qaldırmaq üçün ayırdığı vəsaitin geri qaytarılma müddətini uzatmasını xahiş edəcək. Onun xahişinin nəzərə alınıb-alınmadığı barədə hələ ki, hər hansı məlumat verilmir. Nəzərinizə çatdıraq ki, yunan baş nazir ölkədəki vəziyyəti müzakirə etmək üçün Fransa prezidenti Fransua Ollandla görüşəcək.

Sadiq
AzNews.az