Krım rəhbərliyi martın 7-də Moskvaya səfər edəcək

Krım rəhbərliyi Rusiya Dövlət Duması ilə danışıqların aparılması üçün bu həftə Moskvaya səfər edəcək.

APA-nın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Muxtar Respublikanın Ali Şurasının spikeri Vladimir Konstantinov deyib.

"Dörd nəfərdən ibarət nümayəndə heyəti formalaşdırılıb. Martın 6-da Moskvaya yola düşəcəyik, martın 7-də isə həmkarlarımızla danışıqlar aparacağıq. Bütün məsələləri müzakirə etmək niyyətindəyik - dərman, ərzaq təminatı, humanitar məsələlər, maliyyə yardımı", deyə Konstantinov bildirib.

Onun sözlərinə görə, həmçinin Krımın turizm sahəsinin fəaliyyəti müzakirə olunacaq.


AzNews.az