Ukrayna MDB-də sədrlikdən imtina etdi

Ukrayna 2014-cü ildə MDB-də sədrlikdən imtina edir.

Rəsmi Kiyev 2014-cü ildə Müstəqil Dövlətlər Birliyində (MDB) öz sədrliyini dayandırmağı qərara alıb. Bu barədə Ukrayna KİV-lərinə istinadən məlumat verilir. Bu gün Kiyevdə keçirilmiş brifinqdə Ukrayna XİN-in İnformasiya siyasəti departamentinin direktoru Yevgeni Perebiynis deyib: "Ukrayna tərəfi 2014-cü ildə MDB-də sədrliyini davam etdirməməyi qərara alıb". 1991-ci ildə imzalanmış Belovej sazişinə görə, Ukrayna MDB-nin yaradıcılarından biri olsa da, o, təşkilatın Nizamnaməsini təsdiq etməyib və buna görə də de-yure Birliyin iştirakçısı deyil (ANS).