Ukrayna Rusiya məhsullarına qadağa qoydu

Ukrayna Rusiya istehsalı olan məhsullara qadağa qoyub.

Ukraynanın İstehlaka Nəzarət Xidməti Rusiya istehsalı olan kənd təsərrüfatı malları daxil olmaqla, pendir və balıq məhsullarının ölkədə satışına qadaga qoyub.

Buna səbəb kimi həmin məhsulların Ukrayna qanunvericiliyinə uyğun olmaması göstərilib. Rusiya mallarının artıq satışdan geri qaytarılmasına start verilib.

Rusiya istehsalçılarından ən çox "Qırmızı Oktyabr", "Rot Front " və "Babayev" fabrikləri ziyan görəcək. Həmçinin, Kalininqrad regionunda hazırlanan konservləşdirilmiş balıq məhsulları istehsal edən zavodun da itkiləri böyük olacaq.(ANS)