Ələ keçirilən Silahlardan 10-u “yer-yer” tipli raketlərdir Ələ keçirilən Silahlardan 10-u “yer-yer” tipli raketlərdir

Əsədin silah anbarı ələ keçirildi - Video

Ələ keçirilən Silahlardan 10-u “yer-yer” tipli raketlərdir


Suriya silahlı müxalifəti hökumət qüvvələrinə aid silah anbarını və 10 raketi ələ keçirdiklərini iddia ediblər. AzNews.az-ın newsru.com saytına istinadən verdiyi xəbərə görə, müxaliflər Youtube-da ələ keçirilmiş raketlərin görüntülərini də yayımlayıb.

Verilən məlumata görə, silah anbarını "islam partizanları batalyonu" ələ keçirib. Bununla belə, raketlərin tipi ilə bağlı dəqiq informasiya verilməsə də, ehtimal edilir ki, onlar "yer-yer" tiplidir.

Rəsmi Dəməşq isə, yayımlanan görüntülərlə bağlı hər hansı məlumat verməyib.
Qeyd edək ki, bundan əvvəl Suriya silahlı müxalifəti hökumət qüvvələrinə məxsus hərbi helikopterin vurulma görüntülərini youtube-a yerləşdirmişdi.



Sadiq
AzNews.az