İslamabadda terror: 23 ölü, 30 yaralı

Pakistanın paytaxtı İslamabad şəhərində terror hadisəsi törədilib.

AzNews.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, bu gün baş verən bədbəxt hadisə nəticəsində 23 nəfər ölüb, 30 nəfər yaralanıb.
İlkin ehtimala görə partlayıcı qurğu uzaqdan idarə edilib. Bombanın meyvə qutularının birində yerləşdirildiyi zənn edilir. Polis hadisə yerində şübhəli qismində bir nəfəri həbs edib. Aidiyyəti qurumlar Pakistanın baş naziri Məhəmməd Navaz Şərif ilə Taliban arasında danışıqlar ərəfəsində törədilən bu partlayışın ekstremist qüvvələr tərəfindən törədildiyini istisna etmir.

Sevinc
AzNews.az