Mariupolda 20 terrorçu məhv edildi

Mariupolda 20 terrorçu məhv edilib, 4 terrorçu isə əsir götürülüb.

ANS PRESS-in məlumatına görə, bu haqda Ukraynanın daxili işlər naziri Arsen Avakov Facebook səhifəsində xəbər yayıb. Avakov əməliyyatlar zamanı 5 nəfər milis işçisinin yaralandığını, bir nəfərin isə həlak olduğunu qeyd edib.

"Avtomatla silahlanmış təxminən 60 yaxın terrorçu qrup tərəfindən şəhər milis şöbəsinə hücum təşəbbüsü edilib. Binanı tutmağa cəhd edən silahlılarla toqquşma olub. Toqquşma tam miqyaslı döyüşə çevrilib. Milli Qvardiyanın "Omeqa" bölməsinin və Daxili İşlər Nazirliyinin "Azov" xüsusi təyinantlılarının səyi nəticəsində terrorçu qruplaşmasının əhəmiyyətli hissəsi məhv edilib", - Facebook-da Arsen Avakov bildirib.

Qeyd edək ki, hücum etmiş terrorçuların coxu silahı ataraq yaşayış binalarında gizlənib.

Daxili işlər naziri Arsen Avakov bildirib ki, əməliyyat nəticəsində Mariupolda vəziyyət hakimiyyətin nəzarəti altına keçib.



AzNews.az