İngiltərə xüsusi təyinatlılarını İŞİD-ə qarşı göndərdi

İngiltərənin terrorla mübarizədə ən güclü xüsusi təyinatlısı hesab olunan SAS komandosları Şimali İraqdakı Sincar dağına göndərildiyi bildirilib.

Axar.az xəbər verir ki, belə bir iddia ilə İngiltərənin aparıcı qəzetləri çıxış edib.

İngiltərə mətbuatı SAS komandoslarının Sincara kəşfiyyat məlumatları toplamaq məqsədilə göndərildiyini yazıb.

"The Telegraph" qəzeti İngiltərənin İraqdakı ticarət müşaviri Emma Nikolsona istinadən verdiyi xəbərdə bildirib ki, SAS komandosları artıq 6 həftədən çoxdur ki, İraqdadır.

Qeyd edək ki, İŞİD-in Şimali İraqda apardığı hərbi əməliyyatlar nəticəsində minlərlə yezidi kürd Sincar dağına qaçmaq məcburiyyətində qalıb. Məhz bundan sonra ABŞ hökuməti İŞİD-ə hava zərbələri endirmək qərarını verdi.

AzNews.az