Fransanın paytaxtı Parisdə şahzadənin avtomobil karvanına silahlı hücum həyata keçirilib. Fransanın paytaxtı Parisdə şahzadənin avtomobil karvanına silahlı hücum həyata keçirilib.

Parisdə şahzadəyə silahlı hücum: 250 min avro oğurlandı

Fransanın paytaxtı Parisdə şahzadənin avtomobil karvanına silahlı hücum həyata keçirilib.

AzNews.az-ın Fransa mediasına istinadən verdiyi məlumata görə, silahlılar şahzadənin 250 min avro pulunu və onun əyləşdiyi avtomobili soyğunçuluq yolu ilə ələ keçiriblər.

Avtomobilin Səudiyyə Ərəbistanın Fransadakı səfirliyinə məxsus olduğu bildirilib.

Soyğunçular avtomat silahlarla hücum ediblər.

İlkin məlumata görə, soyğunçular puldan başqa, diplomatik missiyaya məxsus sənədlər və şahzadənin şəxsi əşyalarını da oğurlayıblar.

Polisdən bildirilib ki, hadisə zamanı xəsarət alan olmayıb.
Şahzadənin adı isə açıqlanmır.

Xatırladaq ki, 2013-cü ilin iyulunda Parisdə səfərdə olan Səudiyyə Ərəbistanının gənclər və idman nazirinə qarşı da analoji addım atılmışdı. Həmin hadisədə nazirdən 200 min avro soyğunçuluq zəmnində oğurlanmışdı.


Məhəmməd
AzNews.az