- Köhnə - Dünya
- 19 Avqust 2014 17:50
- 2 800
Avtomobil pizza restoranına girdi- VİDEO
ANS TV-nin məlumatına görə, Los-Anceles şəhərində minik avtomobilinin yoldan çıxaraq Pizza restoranına girməsi 7 nəfərin xəsarət alması ilə nəticələnib. Xəsarət alanların üçü azyaşlı uşaqlardır.
Onların arasında bir aylıq körpənin və 5 yaşlı uşağın başından ağır yaralandığı bildirilir.
Şəxsiyyəti açıqlanmayan sürücünün qəza törətməsinin səbəbləri hələlik məlum deyil.
AzNews.az