- Köhnə - Dünya
- 20 Avqust 2014 07:45
- 11 454
ŞOK: Jurnalistin başını kəsdilər – VİDEO+FOTO
Özünü “İslam Dövləti” adlandıran terrorçu “İraq Şam İslam Dövləti” (İŞİD) qruplaşması ABŞ-dan olan jurnalist Ceymis Foulinin vəhşicəsinə qətlə yetirib.
AzNews.az-ın məlumatına görə, terrorçular jurnalistin başını kəsiblər və bu dəhşətli səhnəni videoya da çəkiblər.
"İŞİD" bəyan edib ki, bu ABŞ-a ismarışdır. Bununla onlar ABŞ-dan qoşunlarını İraq ərazisindən çıxarmağı tələb edirlər.
"İŞİD" tələbləri yerinə yetirilməzsə, girovluqda saxladıqları digər amerikalı jurnalisti – "Time" dərgisinin müxbiri Coela Sotloffanı qətlə yetirəcəkləri ilə hədələyib.
Məlumatda o da qeyd olunub ki, Fouli 2012-ci ilin noyabrın 22-də Suriyada itkin düşüb.
ABŞ hökuməti isə hadisə ilə bağlı heç bir açıqlma verməyib.
Məhəmməd
AzNews.az