Ukraynada çeçenlərin hərbi texnikası məhv edildi

İlovaysk yaxınlığında Ukrayna anti-terror qüvvələri Rusiyanın zirehli texnika karvanını məhv edib.


Axar.az xəbər verir ki, vurulmuş tanklardan birindən onların Çeçenistandan gətirilməsinə dair sənədlər tapılıb.

Bu barədə censor.net saytının baş redaktoru Yuri Butusov ukraynalı hərbçilərə istinadən məlumat verib.

"B" sektorunda Rusiya hərbi texnika karvanı məhv edilib. Yanmış tankın içindən çıxan sənədlərin içindən 1986-cı il təvəllüdlü Çeçenistanın Şatoy rayonu sakini mexanik-sürücü Desyatov Aleksandr Mixayloviçin adı çıxıb. Tank üçüncü tank rotasına aid 632, в/ч 54096 nömrəli T-72 tankıdır", - Butusov bildirib.

AzNews.az