“Biz heç vaxt çoxlu sayda rusiyalıların bizimlə birgə döyüşdüyünü inkar etməmişik. Onların köməyi olmadan bizim üçün döyüşmək çox çətin olardı”. “Biz heç vaxt çoxlu sayda rusiyalıların bizimlə birgə döyüşdüyünü inkar etməmişik. Onların köməyi olmadan bizim üçün döyüşmək çox çətin olardı”.

Donbasda rusiyalı hərbçilərin döyüşdüyü təsdiqləndi -Etiraf

“Biz heç vaxt çoxlu sayda rusiyalıların bizimlə birgə döyüşdüyünü inkar etməmişik. Onların köməyi olmadan bizim üçün döyüşmək çox çətin olardı”.



AzNews.az-ın "İtar-tass"a istinadən vediyi məlumata görə, bunu separatçı "Donetsk Xalq Respublikası"nın (DXR) baş naziri Aleksandr Zaxarçenko deyib.

O bildirib ki, "DXR" hərbi birləşmələrində 3-4 min rusiyalı döyüşçü var və onlar könüllü olaraq, "özünümüdafiə" dəstələrinə qoşulublar.

"Baş nazir" iddia edib ki, hazırda "DXR"in vahid komandanlıqda birləşən ordusu formalaşıb: "Aramızda olan rusiyalı döyüşçülərin arasında təqaüdə çıxmış peşəkar hərbçilər var. Onlar bizim azadlıq mübarizəmizə dəstək verirlər.

Aleksandr Zaxarçenko rusiyalı könüllülərin arasında ölənlərin olduğunu da etiraf edib.



Məhəmməd
AZNews.az