İran və Rusiya İqtisadi Əməkdaşlıq Şurası 11-ci yığıncağında iki ölkə arasında bir sıra müqavilələr imzalanıb. İran və Rusiya İqtisadi Əməkdaşlıq Şurası 11-ci yığıncağında iki ölkə arasında bir sıra müqavilələr imzalanıb.

İki böyük ölkə dollardan imtina edir

İran və Rusiya İqtisadi Əməkdaşlıq Şurası 11-ci yığıncağında iki ölkə arasında bir sıra müqavilələr imzalanıb.

nalitik.az İRNA agentliyinə istinadən xəbər verir ki, İran və Rusiya iqtisadi əməkdaşlıq əlaqələrini genişləndirmək məqsədilə növbəti iqtisadi əməkdaşlıq toplantısında belə bir qərar verilib ki, bundan sonra ölkələr yatırımlarını və ticarət əməkdaşlığını dollarla deyil, yalnız rubl və riyal ilə həyata keçirəcək.

Toplantıda neft sektoru ilə yanaşı iqtisadiyyatın digər sahələri də müzakirə olunub. Yeni neft layihələrinin genişləndirilməsi, iki ölkənin enerji sektorunda investisiyaların etibarlılığının təmin olunması üçün bu qərara gəlindiyi bildirilib.

İran neft naziri Bicen Namdar Zəhgene deyib ki, Rusiya ilə strateji və iqtisadi əlqələri genişləndirmək əsas hədəfimizdir." İki ölkə arasındakı 5 milyard dolarlıq ticarət həcmi çox azdır, ona görə də bu rəqəmi 10 dəfə yüksəltməyi düşünürük. Bundan sonra dollar yerinə riyal və rubl istifadə edəcəyik", deyən Zənganə onu da vurğulayıb ki, son aylar Rusiya ilə önəmli iqtisadi sənədlər imzalanıb. "Bu imzalanma hər iki ölkənin iqtisadiyyatı üçün böyük əhəmiyyət daşıyır."

Rusiya enerji naziri Aleksandr Novak da təsdiqləyib ki, rus və iran şirkətlərinin uzun illər enerji və sənaye sahəsində ortaq layihələri var, sadəcə bu istiqamətdə əməkdaşlığımızı daha da genişləndiririk.

AzNews.az