Hərbi vəziyyətin tətbiq edilməsi imkanını konstitusiya nəzərdə tutur Hərbi vəziyyətin tətbiq edilməsi imkanını konstitusiya nəzərdə tutur

Turçinovdan müharibə xəbərdarlığı: “...başqa yolumuz yoxdur”

Hərbi vəziyyətin tətbiq edilməsi imkanını konstitusiya nəzərdə tutur


"Əgər sülh yolu ilə Donbası terrorçulardan təmizləmək mümkün olmasa, yeganə çıxış yolu hərbi vəziyyətin tətbiq edilməsi olacaq. Dövləti işğalçılardan azad etmək üçün bütün imkanlar səfərbər ediləcək".

AzNews.az xəbər verir ki, bu barədə Ukraynanın Ali Radasının sədri Aleksandr Turçinov bildirib.
Spiker qeyd edib ki, indiki vəziyyətdə sülh danışıqlarının əhəmiyyəti yoxdur:

"Hadisələri istənilən inkişaf formatı Rusiya hərbi texnika və qüvvələrinin Ukrayna ərazisindən çıxarılması və bütün terror qruplaşmalarının tamamilə silahsızlaşdırılmasını nəzərdə tutmalıdır. Yalnız bu halda sülh danışıqları məna kəsb edir".

Onun sözlərinə görə, hərbi vəziyyət elan olunması ehtimalı Konstitusiyada nəzərdə tutulub: "Əgər sülh yolu nəticə verməsə, hərbi vəziyyətin tətbiq edilməsi və ölkənin bütün resurslarının səfərbər edilməsindən başqa yolumuz yoxdur".

Xatırladaq ki, 5 sentyabrda Minskdə atəşkəsin hər iki dövlət tərəfindən təmin olunmasına dair razılaşma imzalanıb.

Aydan
AzNews.az