Türkiyədə ebola həyəcanı

Türkiyədə yenidən ebola virusu həyəcanı yaşaanıb.

ANS PRESS-in məlumatına görə, Çanakkale şəhərində həbsxanada olan məhkumlardan birində ebola virusu aşkarlanıb.

Belə ki, miqrant kimi Türkiyəyə daxil olan lakin sonradan polislər tərəfindən həbs edilən Əfqanıstan əsilli İtan vətəndaşı Jamad Heydari həbsxanada özünü pis hiss edib. Onun qəfildən qızdırması qalxıb və qusma halları artıb.

Həbsxanaya təcili tibbi yardımın əməkdaşları çağırılıb. Müayinə zamanı Jamad Haydaridə ebola virusunun əlamətləri aşkarlanıb.

Məhkum xüsusi təcili tibbi yardım maşını Çanakkale Dövlət xəstəxanasına aparılıb. Xəstəxanada o, ətraflı müayinə olunduqdan sonra məlum olub ki, Heydari də ebola virusuna yoluxmayıb, sadəcə bronxları infeksiyaya yoluxub.

AzNews.az