Kürdlər 40 İŞİD döyüşçüsünü öldürdü

Şimali İraqdakı kürd silahlı birləşmələri – peşmərgələr "İslam dövləti" (əvvəki adı İŞİD) terror təşkilatının 40 üzvünü öldürüb. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, terrorçular Mosulun şimalındakı Bartella şəhərində öldürülüblər.

Peşmərgələrin rəhbəri Kamaran Həvrami Zartek dağı yaxınlığında 40 "İŞİD"çinin öldürüldüyünü və onların 9 avtomobilinin ələ keçirildiyini söyləyib.
"Peşmərgə ABŞ helikopterlərinin hava dəstəyi sayəsində xeyli irəliləyib. Həsən Şam kəndi və ətraf əraziləri nəzarət almışıq.

Biz İŞİD-in ciyərini çıxaracayıq", - deyə kürd komandir deyib. Hazırda peşmərgə və ABŞ aviaisiyası Mosul uğrunda döyşülərə hazırlaşır.

AzNews.az