- Köhnə - Dünya
- 23 Sentyabr 2014 21:32
- 5 412
Futbolçu arvadını öldürdü- VİDEO

Rusiyanın “Zenit”in veteran futbolçusu Vladimir Dolqopolov həbs olunub.
ANS PRESS-in məlumatına görə, 1984-cü ildə Sankt-Peterburq klubunun heyətində SSRİ çempionu olan 52 yaşlı veteran futbolçu həyat yoldaşını öldürməkdə ittiham olunur.
Hüquq-mühafizə orqanlarının əməkdaşları Dolqopolovun həyat yoldaşı ilə mübahisə etdiyini və ona ağır bədən xəsarətləri yetirdiyini iddia edirlər. Bu xəsarət nəticəsində də veteran futbolçunun həyat yoldaşı dünyasını dəyişib.
Dolqopolov 2009-cu ildən "Zenit"də menecer vəzifəsində çalışır və veteranlarla iş üzrə fəaliyyət göstərirdi.
AzNews.az