- Köhnə - Dünya
- 26 Sentyabr 2014 13:26
- 4 000
Qondarma Abxaziya hökuməti istefaya getdi

Qondarma Abxaziya Nazirlər Kabineti cümə günü səlahiyyətlərindən imtina etdiyini bildirib.
AzNews.az xəbər verir ki, hökumətin cümə günü keçirilən iclasında baş nazir vəzifəsini icra edən Vladimir Delba bildirib ki, "Abxaziya qanunlarına uyğun olaraq hokumət istefa verib".
Hökumətin iclasında iştirak edən prezident Raul Xacimba nazirlər kabinetinin istefası barədə fərman imzalayıb.
Eyni zamanda R.Xacimba hökumət üzvlərinə yeni kabinet qurulana qədər vəzifələrinin icrasını davam etdirməyi tapşırıb.
Aydan Axundova
Aznews.az