ABŞ-ın Respublikaçılar Partiyasının Milli Komitəsinin üzvü Elizabeth Lowten Obamanın qızları Saşa və Maliyadan yazdığı statuslara görə üzr istəyib. ABŞ-ın Respublikaçılar Partiyasının Milli Komitəsinin üzvü Elizabeth Lowten Obamanın qızları Saşa və Maliyadan yazdığı statuslara görə üzr istəyib.

Obamanın qızlarını təhqir etdi - Sonra üzr istədi

ABŞ-ın Respublikaçılar Partiyasının Milli Komitəsinin üzvü Elizabeth Lowten Obamanın qızları Saşa və Maliyadan yazdığı statuslara görə üzr istəyib.



AzNews.az xəbər verir ki, Elizabeth Lowten Facebook sosial səhifəsində prezidentin qızlarını tənbeh edib: "Hörmətli, Saşa və Malira, sizin hazırda çətin bir yetkinlik çağında olduğunuzu başa düşürük. Ancaq siz dövlət başçısının adına uyğun hərəkət etməlisiniz. Heç olmazsa, tutduğunuz sosial mənşəyə hörmət edin. Bara gedəndə normal paltar geyinin".

Elizabethin Obamanın qızlarının xarici görünüşləri və davranışları ilə əlaqədar yazdığı şərhlər sosial şəbəkələrdə böyük tənqid atəşinə tutulub.

Respublikaçılar Partiyası öz üzvündən üzr diləmək və yazısını silmək tələbini edib.

Nəticədə Elizabeth Lowten gələn təpkilərdən sonra üzr istəyib.