Rusiyanın “Qazprom” şirkətinin idarə heyətinin sədri Aleksey Miller Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. Rusiyanın “Qazprom” şirkətinin idarə heyətinin sədri Aleksey Miller Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Ərdoğan “Qazprom”un prezidentilə görüşdü

Rusiyanın “Qazprom” şirkətinin idarə heyətinin sədri Aleksey Miller Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.



AzNews.az xəbər verir ki, görüşdə əsasən Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə nəzərdə tutulan səfərinin iqtisadı detalları müzakirə edilib.



Aleksey Millerin, həmçinin Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldızla da görüşdüyü deyilir.



Tərəflər qaz sahəsində ikitərəfli əməkdaşlığın gələcək perspektivi haqda danışıblar.



Qeyd edək ki, Türkiyə Almaniyadan sonra "Qazprom"un qaz ixrac etdiyi 2-ci ölkə hesab edilir.



2013-cü ildə bu şirkət Türkiyəyə 26.7 milyard kub metr qaz ötürüb.


AzNews.az