- Köhnə - Dünya
- 10 Dekabr 2014 16:06
- 4 886
Rus məmurlarının varlı həyat yoldaşları – FOTOLAR
Rusiya məmurlarının 2013-cü il üzrə ən varlı həyat yoldaşlarının siyahısı açıqlanıb.
AzNews.az xəbər verir ki, "Vahid Rusiya" partiyasının üzvü, Nijnenovqorod şəhərinin meri Oleq Sorokinin həyat yoldaşı Elada Naqornaya artıq 2-ci ildir ki, "Qızıl ledilər" müsabiqəsinin qalibi elan edilib. Onun bu il qazancı 1 milyard 734 milyon rubl olub. Eladanın 2012-ci ildə qazancının 1.5 milyard rubl olduğu deyilir.
Ancaq Elada bu haqda mediaya heç bir deklorasiya təqdim etməyib.
Deklorasiya təqdim edən ledilər arasında isə ilk üçlükdə aşağıdakı xanımlar yer alıb:
1.Olqa Boqomaz, Dövlət Dumasının deputatı Aleksandr Boqomazın həyat yoldaşı. 2013-cü ildə qazancı 452.43 milyon rubl olub.
2.Olqa Şuvalova, Baş nazirin müavini İqor Şuvalovun həyat yoldaşı. 2013-cü ildə qazancı 237.15 milyon rubl olub.
3.Lyubov Yanova, Çelyabinsk Qanun Məclisinin deputatı Nikolay Yanovun həyat yoldaşı. 2013-cü ildə qazancı 229.80 milyon rubl olub.


