Prodüser həbs edildi

"Müsəlmanların məsumluğu" filminin prodüseri Nakula Bassaley Nakula Kaliforniyada həbs edilib. AzNews.az-ın qərb mətbuatına istinadən verdiyi xəbərə görə, 55 yaşlı misirli prodüserin həbsinə səbəb, zaminə buraxılma şərtlərini pozmasıdır.

Prodüserin vəkili isə müvəkkilinin həbs olunmasını qanunsuz adlandırıb. O, Los-Anceles həbsxanasında kifayət qədər müsəlman məhbusun olduğunu deyib və əlavə edib ki, bu, onun müvəkkilinin həyatı üçün təhlükəlidir. O, həmçinin azadlıqda da müvəkkillinin həyatı üçün təhlükə olduğunu gizlətməyib.

Xatırladaq ki, pakistanlı nazir filmin prodüserinin başına yüz min dollar pul qoyub.

Sadiq Musa
AzNews.az