Şimali Koreya lideri Kim Çen In Koreya Xalq Ordusunun döyüşçülərinin yaşayış səviyyəsinin artırılması ilə bağlı göstəriş verib. Şimali Koreya lideri Kim Çen In Koreya Xalq Ordusunun döyüşçülərinin yaşayış səviyyəsinin artırılması ilə bağlı göstəriş verib.

Kim Çen In göstəriş verdi

Şimali Koreya lideri Kim Çen In Koreya Xalq Ordusunun döyüşçülərinin yaşayış səviyyəsinin artırılması ilə bağlı göstəriş verib.



AzNews.az xəbər verir ki, bu haqda məlumatı Şimali Koreya Mərkəzi Teleqraf Agentliyi yayıb.

Məlumatda deyilir ki, Koreya Xalq Demokratik Respublikasının Ali Baş Komandanı bu göstərişi hərbi hissələrin maddi-texniki bazasına cavabdeh olan İndendant Xidmətinin Pxenyan şəhərində keçirilən 2-ci toplantısında verib.

"Bu görüş Koreya Əmək Partiyasının tarixində bir dönüş kimi yadda qalacaq. Şimali Koreya ordusunun təchizatının yaxşılaşdırılması üçün ölkə rəhbərliyi əlindən gələni edəcək", - deyə Şimali Koreya Mərkəzi Teleqraf Agentliyi vurğulayıb.

Kim Çen In çıxış edərək İndendant Xidmətinin əməkdaşlarına etdikləri xidmətə görə minnətdarlığını bildirib.

Toplantının sonunda marşal Kim Çen In Siyasi Baş İdarənin rəisi, vitse-admiral Xvan Byon So, müdafiə naziri Xyen Yen Çxol, İndendant Xidmətinin Baş Qərargahının rəisi Li Yen Qil və digər hərbçilərlə şəkil çəkdirib.

Qeyd edək ki, dekabr ayının 30-da Pxenyan şəhərində Kim Çen Inın Ali baş Komandan vəzifəsinə seçilməsinin 3-cü ildönümü keçiriləcək.