İsrail İrana qarşı daha sərt sanksiyalar tələb edir

İran rialının dollara qarşı 21 faiz dəyər itirməsi İsraildə sanksiyaların effektivliyi ilə bağlı fikir formalaşdırıb. AzNews.az-ın iran.ru saytına istinadən verdiyi xəbərə görə, İsrailin Baş naziri Binyamin Netenyahu və Xarici İşlər naziri Aviqdor Liberman Avropa Birliyində yeni sanksiyaların qəbul olunmasına çalışır.

Yeni sanksiyalarda İrana qarşı ticarət embarqosu və maliyyə sisteminin izolyasiyası nəzərdə tutulur. Verilən məlumata görə, hətta İsrail Baş naziri Netenyahu bu məqsədlə Avropa ölkələrinə səyahət etməyi də planlaşdırır. Onun Fransa, Almaniya və Britaniyaya səfər edəcəyi deyilir.

Qeyd edək ki, qərb dövlətləri və İsrail ehtimal edirlər ki, iqtisadi çətinliklər insanları meydanlara çıxaracaq. Kənar dəstəklə isə, vətəndaş narazılığı vətəndaş müharibəsinə çevriləcək.

Sadiq Musa
AzNews.az