Suriyada binaya hücum- 34 ölü

Hərbi Hava Qüvvələrinin kəşfiyyat idarəsinə məxsus binaya hücum olub.



APA-nın AFP-yə istinadən verdiyi məlumata görə, nəticədə 20 hərbçi və 12 üsyançı həlak olub.

Qeyd olunur ki, hökumət binasının ələ keçirmək məqsədi ilə həyata keçirilən hücum yaxınlığındakı tunelin partladılması ilə başlayıb. Suriya hərbçilərinin hücumları dəf etdiyi bildirilsə də, ərazidə ayrı-ayrı toqquşmalar indiyədək davam etməkdədir.