2 vertolyot toqquşdu - Məşhur idmançılar öldü

Argentinanın La-Rioxa əyalətinin Villa Kastelli şəhərində 2 vertolyot toqquşub.



AZNEWS.AZ xəbər verir ki, bu haqda məlumatı Reuters agentliyi yayıb.

Məlumata görə, ölənlər arasında Fransanın 2 məşhur idmançısı da dünyasını dəyişib.

Onlar boksçu Aleksis Basten və üzgüçülük üzrə olimpiya çempionu Kamilla Myuffadır.



Ümumilikdə isə ölənlərin 10 nəfər olduğu deyilir. Onlardan 8 nəfər Fransanın, 2 nəfər Argentinanın vətəndaşları olub.


Vertolyotda olanların sənədli film çəkilişinin üzvləri olduğu bildirilir.