- Köhnə - Dünya
- 10 Mart 2015 11:57
- 3 290
“Simpsonlar” serialının ssenari müəllifi öldü
Məşhur “Simpsonlar” serialının yaradıcılarından biri və prodüseri Sam Simon vəfat edib.
AzNews.az xəbər verir ki, bu haqda məlumat "lenta.ru" saytında yer alıb.
Məlumata görə, 59 yaşlı Saymon Los Ancelesdəki evində uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Prodüser 2012-ci ildən bəri bağırsaq xərçəngindən əziyyət çəkirmiş.
Qeyd edək ki, Sam Simonun yaradıcısı olduğu "Simpsonlar" artıq 27-ci sezonundadır.
Simon serial ssenariləri ilə yanaşı, televiziya komediyaları üzərində də çalışıb.