Kseniya Sobçak da Putinin “ölümündən” yazdı: “Bu, biabırçılıqdır”

Son günlər Rusiya prezidenti Vladimir Putinin ictimaiyyət qarşısında görünməməsi istər Rusiyada, istərsə də xaricdə böyük marağa səbəb olub.


Bu haqda böyük məqalələr yazılır, şərhlər yayımlanır.

AZNEWS.AZ xəbər verir ki, Rusiyanın məşhur teleaparıcısı Kseniya Sobçak da Putinin "ölüm xəbəri"ndən yazıb.

Adı guya Rusiyada öldürüləcək müxalifət liderləri arasında hallanan Kseniya gözlənildiyinin əksinə olaraq Putinin ölümünə sevinənləri qınayıb.
O, bu haqda özünün Twitter səhifəsində yazıb:
"Kimlərinsə xəstəliyinə sevinmək əsil biabırçılıqdır".

Kseniya Sobçak digər şərhində bunları qeyd edib: "Rusiyada hakimiyyət dəyişikliyini istəyənlər uzaqgörən adam deyillər".