Yəmən prezidenti ölkədən qaçdı - İddia

“Yəmən prezidenti Abd Rabbo Mansur Hadi qayığa minərək ölkəni tərk edib”.


AzNews.az xəbər verir ki, bu iddia ilə yerli məmurlardan biri özünün Tvitter səhifəsində çıxış edib.

"Associated Press" agentliyi yazır ki, ölkədə baş verən münaqişədən sonra Yəmənin Adendəki aeroportu tamamilə bağlanıb.

Digər informasiyaya görə isə prezident Hadi Səudiyyə Ərəbistanından olan diplomatların müşayiətilə Aden şəhərini vertolyotla tərk edib. Ancaq bu informasiya sonradan öz təsdiqini tapmayıb.

Alınan son məlumata görə isə ölkə başçısı heç yerə getməyib. Bu haqda Reuters agentliyinə xarici işlər naziri Riyad Yasin məlumat verib.