- Köhnə - Dünya
- 9 Aprel 2015 15:22
- 3 446
Keçmiş prezidenti öldürənə - 20 kq qızıl

“Əl-Qaidə” Yəmənin eks-prezidentinin ölümünə görə 20 kiloqram qızıl vəd edib.
AzNews.az Reuters agentliyinə istinadən xəbər verir ki, "Əl-Qaidə" terrorçuları Yəməndə üsyançıların lideri Abdel Malik əl-Hutinin və ya Yəmənin keçmiş prezidenti Əli Abdullah Salehin tutulması və ya öldürülməsinə görə 20 kq qızıl vəd edib. Mükafat barədə elan ekstremistlərin saytlarında yerləşdirilib.
Xatırladaq ki, "Əl-Qaidə" terror qruplaşmasının silahlıları Yəməndə fəal döyüş əməliyyatları həyata keçirirlər.
Aydan Axundova