- Köhnə - Dünya
- 10 Aprel 2015 00:14
- 5 067
ATƏT-dən Ermənistana böyük ŞOK!
Xəbər verildiyi kimi, aprel ayının 2-də Cənubi Kipr parlamenti 1915-ci il hadisələrinə dair erməni iddialarını inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsini qəbul edib. Parlamentdə təmsil olunan bütün siyasi partiyaların birgə təqdim etdiyi layihəyə görə bu iddiaları inkar edənlərə 5 il həbs və 10 min avro pul cəzası tətbiq ediləcək.
AzNews.az xəbər verir ki, ATƏT-in Mətbuat Azadlığı üzrə təmsilçisi Dunya Miyatoviç qəbul edilən bu qanun layihəsindən narahat olduğunu bildirib.
Onun sözlərinə görə, tarixlə bağlı mübahisələri cinayət səviyyəsinə qaldırmaq ATƏT-ə üzv olan ölkələrin qəbul etdikləri anlaşmanı pozmaq deməkdir: "Müxtəlif xalqların və bölgələrin mədəniyyəti, tarixi haqqında müəyyən açıqlamaların qadağan edilməsi beynəlxalq ifadə azadlığına ziddir və onun standartlarını pozur. İnsanların sərbəst şəkildə ifadə etdikləri fikirləri yasaqlamaq ölkələrin milli strategiyasına xələl gətirir. Yaşadığımız müasir dövrdə söz və mətbuat azadlığı ən vacib məsələlərdən biridir".