- Köhnə - Dünya
- 5 May 2015 22:34
- 2 319
Litvada Birinci Avropa oyunlarını TV6 telekanalı yayımlayacaq
Litva Olimpiya Fondu Bakıda keçiriləcək BirinciI Avropa oyunlarının yayımlanması barədə “Tele-3” şirkəti ilə kontrakt imzalayıb.
Kontrakta görə, yayım hüququ TV6 kanalına məxsus olan şirkətə verilib.
TV6 basketbol, xokkey, Formula-1 üzrə əsas yarışları yayımlayan populyar idman telekanalıdır. Keçən il kanal auditoriya üzvlərinin sayına görə ölkənin beş ən populyar kanalı sırasına daxil edilib.
Litva Olimpiya Komitəsində AZƏRTAC-ın xüsusi müxbirinə bildiriblər ki, Bakıda keçiriləcək Birinci Avropa Oyunlarında Litvanı idmanın 9 növü üzrə 71 idmançı təmsil edəcək.