ABŞ-ın Los-Anceles şəhərində tanınmış Hollivudu ulduzu Demi Murun 200 min dollarlıq paltarı və başqa əşyaları itib. ABŞ-ın Los-Anceles şəhərində tanınmış Hollivudu ulduzu Demi Murun 200 min dollarlıq paltarı və başqa əşyaları itib.

Demi Murun 200 min dollarlıq əşyası oğurlandı

ABŞ-ın Los-Anceles şəhərində tanınmış Hollivudu ulduzu Demi Murun 200 min dollarlıq paltarı və başqa əşyaları itib.


AzNews.az "Report"a istinadən xəbər verir ki, bu haqda ABŞ-ın "CBS" telekanalı məlumat yayıb.

Xəbərə görə, əşyaların və paltarların oğurlandığı ehtimal olunur.
Los-Anceles polisinin təmsilçisi Co Rios deyib ki, Demi Murun geyimini naməlum şəxslər Şimali Hollivudda saxlanma yerindən aparıblar: "İlkin hesablamalara görə, onların qiyməti 200 min dollardır".

Aktrisanın nümayəndəsi bildirib ki, dəyən ziyanı müəyyənləşdirmək üçün saxlanma yerindəki bütün əşyaların siyahısı tutulur: "Hələlik hesablama aparılır, ancaq bu rəqəmin böyüyəcəyi də istisna edilmir".