- Köhnə - Dünya
- 18 May 2015 09:34
- 3 525
Azərbaycanlılar Türk Günü yürüşündə iştirak etdi - Nyu-Yorkda
Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində ənənəvi Türk Günü yürüşü keçirilib.
AzNews.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu haqda məlumatı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) katibliyi verib.
Məlumata görə, TDƏŞ-in baş katibi Ramil Həsənov, Türkiyənin Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi Halit Çevik və bu ölkənin Nyu-Yorkdakı baş konsulu Ertan Yalçın, o cümlədən Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistandan olan nümayəndələr yürüşə qatılıblar.
Tədbirdə Azərbaycan Nyu-York Assosiasiyasının üzvləri də iştirak ediblər. Yürüşdə iştirakçı tərəflərin, o cümlədən TDƏŞ-in bayrağı dalğalandırılıb, birlik, sülh və sabitlik çağırışları edilib.