İspan mətbuatı Ərdoğan haqda: “Kral tək qaldı“

Türkiyədə keçirilən parlament seçkilərinin nəticələri İspan mediası tərəfindən yaxından təqib edilib.

AzNews.az xəbər verir ki, bu haqda məlumatı "f5haber" saytı yayıb.

Qəzetlərin manşetində əsasən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana yer ayrılıb.
Məqalələrdə yazılır ki, Ərdoğanın AK Partiyası seçki qutularında birinci partiya olaraq çıxmasına baxmayaraq istədiyi səsi əldə edə bilməyib.

Türk xalqının bu seçkilərlə Ərdoğana sultanlıq haqqı vermədiyinə işarə edən bəzi qəzetlər isə Prezident üçün "Kral tək qaldı" başlığını yazıb. Kürdlərin seçki səddini aşaraq parlamentə daxil olmasına toxunan qəzetlər Türkiyənin bu kontekstdə yeni bir dövrə girdiyini irəli sürüb.

EL PAİS: "Kral tək qaldı" başlığını yazan qəzet Prezident Rəcəb Tayyib Ərdoğanın prezident üsul-idarəsinə aparacaq seçkiləri itirdiyinə diqqət çəkib. Qəzet, həmçinin Ərdoğanın cəmiyyəti bölərək yarısını özünü sevən, yarısını da özünə nifrət etdirən bir sistemə gətirdiyini vurğulayıb.

EL MUNDO: "Kürdlər Ərdoğanın səltənətinə son verib" başlığı ilə dərc edilən məqalədə Ərdoğanın tərəfsiz olması halından çıxaraq meydanlarda AKP-yə səs istədiyini bildirib. Bu qəzet HDP-yi İspaniyadakı "Podemos" hərəkatı ilə müqayisə edərək bu partiyanın da eynilə "Podemos"un İspaniyada əldə etdiyi uğuru ilə eyniləşdirib.

ABC: "Ərdoğanın partiyası seçkiləri qazandı, ancaq tək başına iqtidara qovuşa bilmədi" başlığı altında verdiyi xəbərində kürdlərin əldə etdiyi səs nisbətinin Türk siyasi arenasını yeni bir dövrə saldığına işarə edib.

LA RAZON: "Ərdoğan ilk dəfə təkbaşına iqtidar olmayacaq" başlığını yazan qəzet Türkiyənin prezident üsul-idarəsinə aparacaq seçkiləri itirdiyini və bu seçkilərin parlament seçkilərindən daha çox Ərdoğanın seçkisinə çevrildiyini ifadə edib.

LA VANGUARDİA: "Türkiyə Ərdoğana daha çox güc vermədi" başlığını yazan qəzet vurğulayıb ki, AK Partiyası Milli Məclisdə 60 faizin içərisində əriyəcək.