ABŞ prezidenti Barak Obama Bavariyada Böyük Yeddilərin (G7) sammiti çərçivəsində İraqın baş naziri Heydər Abadi ilə görüşüb. ABŞ prezidenti Barak Obama Bavariyada Böyük Yeddilərin (G7) sammiti çərçivəsində İraqın baş naziri Heydər Abadi ilə görüşüb.

Obamadan etiraf: “İŞİD-lə bağlı mübarizədə ABŞ-ın strategiyası yoxdur”

ABŞ prezidenti Barak Obama Bavariyada Böyük Yeddilərin (G7) sammiti çərçivəsində İraqın baş naziri Heydər Abadi ilə görüşüb.


AzNews.az xəbər verir ki, bu haqda məlumatı BBC telekanalı yayıb.

Görüşdə Obama ABŞ-ın hələ də İraqın "İslam Dövləti" qruplaşmasından azad edilməsi üçün vahid strategiyaya malik olmadığını etiraf edib.

"İraqlılar özləri də inadkarlıq göstərərək ölkənin cihadçılardan azad olunmasında səy göstərməlidirlər. İD aqressiv və opportunist qruplaşmadır. Bu qruplaşmanı İraqdan qovmaq mümkündür", - deyə Obama İraq sünnilərinin İD cihadçıları ilə mübarizəyə qatılmasının vacibliyini vurğulayıb.

Obamanın sözlərinə görə, Pentaqonda İraq ordusuna hazırlıq və silahlanmada yardım etmək üçün müzakirələr aparılır.