- Köhnə - Dünya
- 8 İyul 2015 17:27
- 2 823
Kim Çen In daha bir nəfəri edam etdi - Tısbağaya görə

Şimali Koreyada tısbağa fermasının rəhbəri edam olunub.
AzNews.az xəbər verir ki, bu haqda məlumatı BBC telekanalı Cənubi Koreyadakı mənbələrinə istinadən yayıb.
Edam may ayında fermaya Şimali Koreya lideri Kim Çen Inın baş çəkməsindən sonra yer alıb.
Rəsmi mətbuata əsasən Kim Çen In Tedon çayındakı ferma rəhbərliyini yüzlərlə tısbağa balasının tələfatına görə tənqid etmişdi.
Güman edilir ki, tələfata su ilə təminata maneə törədən quraqlıq səbəb olub.